Türkiyədə bu ilin 10 ayında saxta valyutanın dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 3,6 milyondan çox avro və 352,5 min dollar müsadirə edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin 10 ayı ərzində saxta valyutanın dövriyyəsinə qarşı mübarizə məqsədilə 340 əməliyyat həyata keçirilib, onlardan 32-si planlı olub:

“104 nəfər saxlanılıb, 48 şübhəli barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Əməliyyatlar nəticəsində 1 milyon 479 min 260 saxta türk lirəsi, 352 min 576 dollar və 3 milyon 613 min 550 avro ələ keçirilib. Saxta pul istehsal etmək üçün istifadə edilən iki mətbəə də aşkar edilib”.

Qeyd edək ki, Türkiyə mediası ölkəyə çoxlu sayda saxta dolların gətirildiyini yazıb. Bunlar əsasən əvvəlki modelin 50 və 100 dollarlıq əskinaslarıdır. Bildirilib ki, saxta malların əsas hissəsi Suriya, İran və Balkan ölkələrindən Türkiyəyə gətirilib.

İstinadlar Report