Bu ilin yanvar-iyul aylarında “Tengiz” yatağından 16 milyon tona yaxın neft nəql edilib.
“Bu gün Atırauda CPC-nin baş direktoru Nikolay Qorban və “Tengizchevroil” şirkətinin marketinq və nəqliyyat üzrə baş meneceri Lori Sasko arasında işgüzar görüş keçirilib. Tərəflər “Tengiz” yatağından neftin Tengiz-Novorossiysk kəməri ilə nəqlinə dair cari və gələcək müraciətlərin bu il yataqda aparılan təmir işləri nəzərə alınmaqla icrasını müzakirə ediblər”, – məlumatda bildirilib.
Xatırladaq ki, bu il CPC təxminən 65,2 milyon ton Qazaxıstan nefti nəql etməyi planlaşdırır.
2023-cü ildə CPC 63,47 milyon ton neftin (artım 8,1 %) nəqlini və ixracını təmin edib.