Rəsmi statistikaya əsasən ölkə ərazisində fəaliyyət göstərən özəl məktəblərin sayı 32-dir.

Bu məktəblərdən 1-i regionların, qalan 31-i isə Bakı şəhərinin payına düşür.

Yüksək məbləğli illik təhsil haqlarının qarşılığında xidmət göstərən özəl məktəblər nələr vəd edirlər? Ümumilikdə 20 mindən çox şagirdin təhsil aldığı özəl məktəblər hansı xidmətləri göstərir?

Sualın cavabı hər məktəb üçün fərqli olacaq: bəziləri ingilisdilli təhsil, bəziləri xaricdə ali təhsil vədləri verir, bəziləri hovuzu ilə gündəmə gəlir, bəziləri idman meydançaları ilə fəxr edir və s.

Sanki özəl məktəblər artıq təhsillə yanaşı, əlavə xidmətlər yarışında da iştirak edirlər. Amma nəyin qarşılığında? Əlbəttə ki, fantastik və kosmik məbləğlər istəyərək.

Növbəti tədris ili üçün bəzi özəl məktəblərdəki təhsil ödənişləri aşağıdakı kimidir:

Məktəbin adı

İbtidai siniflər üzrə

Yuxarı siniflər üzrə

SABIS Sun International School

12500-13200

13500-15000

Baku Oxford School

16500

17000-17500

Avropa Azərbaycan Məktəbi

11250-13450

13250-17150

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

8800-12800

8800-14300

LANDAU School

6000-8300

7000-12900

Kaspi Liseyi

7850-8500

8350-10500

Hədəf Liseyi

8000-9000

8000-9000

Zəfər Liseyi

2500-5000

Göründüyü kimi, əksəriyyətinin illik ödənişi 10 min manatdan çox olan özəl məktəblər hazırda qəbul üçün yarışdadırlar.

Unutmayaq ki, övladlarımıza gərəkli olan məhz təhsilin keyfiyyətidir. Fərq etməz, dövlət və ya özəl məktəblər, lakin seçim etdikdə keyfiyyətli təhsil amilinə diqqət yetirilməlidir.

İstinadlar Qafqazinfo