BMT-nin Uşaq Fondunun (YUNISEF) hesabatına görə, ilin əvvəlindən Nigeriyada 1 440 məktəbli qaçırılıb.

Hesabatın müəllifləri Qərbi Afrika ölkəsində məktəblərə hücumların sayının artdığını qeyd ediblər.

Təşkilat yanvardan bəri Nigeriyada 25 müxtəlif məktəbə hücum edildiyini vurğulayıb.

Hesabatda Qərbi Afrika ölkələrində illərdir davam edən hücumların əsasən uşaqları hədəf aldığı bildirilir.

Nigeriyada son aylar xüsusən Benue, Kaduna, Plato, Katsina və Zamfara əyalətlərində çoxlu sayda məktəbli oğurlanıb.

Hücumlar bir çox məktəb və universitetləri dərsləri dayandırmağa məcbur edib.

İstinadlar Report