Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 353,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 2 milyard 807,2 milyon ABŞ dolları və yaxud 30,6 % azdır.

Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində ARDNF AÇG-dən 9 milyard 161 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

İstinadlar Report