2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin həmin dövrü ilə müqayisədə təxminən 4 dəfə azalıb.

Statistika Komitəsindən verilən məlumata göər, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Cari ilin yanvar-oktyabr aylarında Çindən gələnlərin sayı 15,8 dəfə, Cənubi Koreyadan – 13,4 dəfə, İsraildən – 10,4 dəfə, Polşadan – 9,8 dəfə, Yaponiyadan – 9,5 dəfə, İraqdan – 8,9 dəfə, Səudiyyə Ərəbistanından – 8,3 dəfə, Macarıstandan – 8,0 dəfə, Kanadadan – 6,9 dəfə, ABŞ-dan¬ – 6,8 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən ¬¬ – 6,7 dəfə,  Fransadan – 5,9 dəfə, Türkmənistandan – 5,8 dəfə, Almaniyadan – 5,6 dəfə, Qətərdən – 5,5 dəfə, Niderlanddan ¬– 5,2 dəfə, Böyük Britaniyadan, Pakistandan və Qazaxıstandan – 5,0 dəfə, İtaliyadan – 4,4 dəfə azalıb.   

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,2 dəfə azalaraq 1106,7 min nəfər olub. Ölkə vətəndaşlarının 30,3 faizi İrana, 27,2 faizi Gürcüstana, 19,2 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər edib. 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.

İstinadlar Qafqazinfo