Bu ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 866,3 milyon kubmetr təbii qaz hasil edilib.

Bunun 15 milyard 928,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,3 %, əmtəəlik qaz hasilatı isə 4,1 % artıb.

Ötən 5 ay ərzində Azərbaycanda 12 milyon 031,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 12 milyon 004,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

İstinadlar Report