Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 5 milyard 334,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə Fonddan məlumat verilib.
Bu, 2023-cü ilin 10 ayının göstəricisi ilə müqayisədə 531,6 milyon ABŞ dolları və yaxud 9,06 % azdır.
Ötən ilin yanvar-oktyabr aylarında ARDNF yataqlar blokunun işlənməsindən 5 milyard 865,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.