Bu ilin ötən dövründə 100 uşaq övladlığa verilib. Onlardan 46 nəfəri oğlan, 54-ü qızdır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 75-i oğlan, 64-ü qız olmaqla 139 uşaq öz ailələrinə qaytarılıb.