Rustavi-2 telekanalının aparıcısının etdikləri bütövlükdə Gürcüstan üçün bir utancdır.

Bunu Gürcü Arzusu Partiyasının sədri, Gürcüstanın boz kardinalı Bidzina İvanişvili deyib. Onun sözlərinə görə, aparıcı Giorgi Qabunianın efirdə Putinin ünvanına təhqiramiz təhərkəti hər kəs tərəfindən qınanmalıdır.

İvanişvili Rusiya bazarından imtina çağırışlarına da münasibət bildirib:

“Gürcü məhsulları Rusiyada məşhurdur, onu yaxşı tanıyırlar. Rusiya bazarı Gürcüstan üçün qapadılanda müəyyən diversifikasiya baş verdi və bu proses davam edir. Rusiya bazarından imtina etməyə çağıranlar tamamilə cəfəng düşünənlərdir”.