“ABŞ bu həftə Ukrayna ilə atəşkəslə bağlı Rusiyanın cavabını alacaq”.

Bunu ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib:

“Biz bu həftə, bəlkə də daha tez onlardan xəbər alacağıq. Müharibənin və qətllərin tez bir zamanda dayandırılmasını istəyirik. Mən Zelenskinin fanatı deyiləm. Amma o vaxt prezident olsaydım, müharibə də heç başlamayacaqdı”.