“Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Ona görə ki, belə hadisələrin baş verməsi ümumiyyətlə, mümkün deyil”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov  deyib.

Dövlət rəsmisi bildirib ki, diplomatik əlaqələr haqqında Vyana konvesiyasının müvafiq müddəalarına görə, səfirliyin təhlükəsizliyi ilə bağlı müstəsna məsuliyyəti İran daşıyır:

“Baş verən hadisə ilə bağlı hörmətli Prezidentimiz hücumu terror aktı kimi qiymətləndirib və bunu şiddətlə pisləyib. Biz bu hadisə baş verəndən sonra İranın Bakıdakı səfirini dəvət etmişik. Əlimizdə olan ilkin məlumatlar əsasında, qarşıdakı tərəfə mövqeyimizi çatdırmışıq. İran beynəlxalq öhdəliyi çərçivəsində terror hadisəsini şəffaf şəkildə araşdırmalıdır. Bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsi qarşısına çıxarmalıdır. Bu, bizim qəti tələbimizidir”.

İstinadlar Qafqazinfo