Bu günədək Azərbaycanda kümçülər tərəfindən tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib.

Hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər.

Məhsul tədarükünə görə, Zaqatala (21 ton 353 kq), Ağcabədi (19 ton 854 kq), Balakən (15 ton 141 kq), Bərdə (12 ton 173 kq) və Lənkəran (7 ton 533 kq) rayonları öndə gedir.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

İstinadlar Report