Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan “Vaxzevria” (istehsalçı şirkət “AstraZeneca”) vaksininin tətbiqinə başlanılır.

Peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq.

Peyvəndin Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiqi nəzərdə tutulub. Bunun üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

Xatırladaq ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib. Peyvənddən istifadəni ÜST təsdiqləyib.