Bu gün Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.

1945-ci il yanvarın 27-də sovet ordusunun Birinci Ukrayna cəbhəsi Osventsim-Birkenau ölüm düşərgəsinə ərazisinə daxil olub. Ölüm düşərgəsinin darvazalarını Lvov atıcı diviziyasının komandiri mayor Anatoli Şapiro açıb.

Bu düşərgədə 1,1 mln insan saxlanılıb. Onların təxminən bir milyonu yəhudi olub.

BMT Baş Assambleyası tərəfindən 2005-ci ildə Anım Günü təsis edilib. Koronavirusa görə bu il xatirə mərasimləri əsasən onlayn rejimdə keçiriləcək.

Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən əmələ gəlib və “tamamilə yanmış”, “yanıb kül olmuş” anlamını verir. Yəhudi soyqırımı, yaxud “Ha-Shoa” (ivritcə – fəlakət) Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.