Bu gün Ukraynada “sükut günü”dür

Ukraynada prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə əlaqədar ölkədə sükut günü başlayıb.

Ukrayna seçki qanunvericiliyinə əsasən, səsvermə gününün sonuncu günü prezidentliyə namizədlərin təbliğat və təşviqat aparması, KİV-lərdə namizədlər haqqında hər hansı materialın dərc edilməsi qadağandır.

Xatırladaq ki, Ukraynada 39 namizədin qatıldığı prezident seçkilərinin birinci turu  martın 31-də baş tutub. Səsvermələrin yekun nəticələrinə görə ikinci tura aktyor, şoumen Vladimir Zelenski və ölkənin hazırkı prezidenti Petro Poroşenko keçib. 

Bu gün Ukraynada “sükut günü”dür

Bu gün Ukraynada martın 31-də keçiriləcək prezident seçkiləri ərəfəsində “sükut günü”dür.

Bu gün ölkədə prezidentliyə bu və ya digər namizədin lehinə hansısa təşviqat kampaniyası aparmaq qadağandır.

İkinci tur üçün təşviqat təkrar səsvermənin təyin olunduğu günün sabahısı başlayır.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası rəsmən 2018-ci il dekabrın 31-də başladılıb. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərə 44 namizədi buraxsa da, sonradan onlardan 5 nəfəri martın 7-dək könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib. Beləliklə, bülletenlərdə 39 namizədin adı olacaq.

Keçirilən sorğulara görə, qarşıdakı seçkilərdə lider üçlüyə cari Prezident Petro Poroşenko, “Batkivşina” lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski daxildir.

İlk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq. Prezidentin andiçmə mərasimi iyunun 3-dək keçiriləcək.