
Bu gün Türkmənistanda 8-ci çağırış parlament seçkiləri keçiriləcək. Həmin gün vilayət, rayon, şəhər xalq şuralarının üzvləri və yerli özünüidarəetmə orqanlarının nümayəndələri də seçiləcək.
Ölkə vətəndaşları parlamentin 125 deputatını seçməli olacaqlar.
Səsvermə birmandatlı seçki dairələri üzrə keçiriləcək. Müxtəlif səviyyəli deputatların və şura üzvlərinin seçkiləri üçün ümumilikdə 7 222 seçki dairəsi təşkil olunub.
Milli Məclisin deputatlığına 258, rayonların və Aşqabad şəhərinin xalq şuralarının üzvlüyünə 515, rayon, şəhər xalq məsləhəti üzvlüyünə – 2 001, yerli özünüidarə orqanlarının üzvlüyünə – 12 098 namizəd qeydə alınıb.