Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bu barədə Türkiyə Prezident Adminsitrasiyasından bildirilib.

Məlumata görə, toplantıda Ankaranın Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni emissar Ruben Rubinyanla ilk görüşünün nəticələri və bundan sonra atılacaq addımlar müzakirə ediləcək.

Bildirilib ki, Türkiyə iqtisadiyyatının vəziyyəti hökumətin iclasında əsas müzakirə mövzusu olacaq. Dekabrın 20-dən sonra maliyyə-iqtisadi sahədə görülən tədbirlər və bunun sonucları nəzərdən keçiriləcək.

İstinadlar Report