Bu gün Fransanın paytaxtı Parisdə 178 məktəb qapılarını şagirdlərin üzünə açmayacaq.

Bunu Paris merinin müavini Emmanuel Gregoire jurnalistlərə bildirib.

Ölkə paytaxtında və digər şəhərlərdə təhsil, tibb, nəqliyyat, muzey və digər sahələrdə çalışan işçilər təqaüd sistemindəki islahatlara qarşı etirazlarını bildirərək işə çıxmaqdan imtina edirlər.

Eyni mənbədən verilən məlumata görə, dünən Fransanın paytaxtında 398 məktəb bağlı olub. Ötən gün başlayan etiraz aksiyaları dekabrın 9-dək davam edəcək.

İstinadlar Report