
Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz – polkovnik Nəzirov Emil Nəzir oğlu və Cavadov Fizuli Əlikram oğlu Vətən Müharibəsi iştirakçılarıdır.
Polkovnik Emil Nəzirov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Polkovnik Cavadov Fizuli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Emil Nəzirov
Fizuli Cavadov