Bu gün Polşa Silahlı Qüvvələrinin digər ölkələrin hərbçilərinin iştirakı ilə “Dragon-24” milli təlimləri başlayacaq.

Bu barədə Polşa ordusunun Baş Qərargahı məlumat yayıb.

Poliqonlarda 20 minə yaxın hərbçinin təlim keçəcəyi artıq məlumdur. Təlimlərdə NATO-nun 10 ölkəsindən 3,5 min hərbi texnika və eFP blokundan (NATO-nun müttəfiqlərə dəstək olaraq Şərqi Avropada mövcudluğunu gücləndirmək proqramı) döyüş qrupu iştirak edəcək.

Təlimlərdə quruda, havada və dənizdə “qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrasının sınaqdan keçirilməsi planlaşdırılır.

İstinadlar Report