Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 54 890 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 551, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 15 339 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.

İstinadlar Qafqazinfo