Azərbaycanda bu gün 37 162 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 min 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4492 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 milyon 662 min 38-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 milyon 712 min 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 min 920 nəfər təşkil edir.

 

İstinadlar Qafqazinfo