Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti başlayır.

Iclasda Alyans ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edəcək. Ukraynanın dövlət başçısı Volodimir Zelenski sammitə videoformatda qatılacaq.

Sammitdə qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri müzakirə ediləcək.

İstinadlar Report