
Bu gün, mayın 19-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.
Bu barədə qurum məlumat yayıb.
İclasa Hərbi Komitənin sədri admiral Rob Bauer rəhbərlik edəcək. Toplantıda NATO-nun iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə hazırlıq, Rusiya-Ukrayna müharibəsi müzakirə olnuacaq.