İranda iyunun 25-də günorta prezidentliyə namizədlərin beşinci – sonuncu teledebatı olacaq.

Məlumatı “Nournews” yayıb.

Məlumata görə, indiyədək prezidentliyə namizədlərin iqtisadiyyat, sosial, mədəniyyət və siyasi məsələlər üzrə dörd dəfə teledebatı olub. İyunun 25-də isə debat “Hökumətin səmərəliliyi”nə həsr olunacaq.

İranın Mədəniyyət və İrşad nazirliyinin məlumatına əsasən, iyunun 28-də keçiriləcək prezident seçkisini xarici ölkədən olan 500 jurnalist işıqlandıracaq.