Bu gün İranın paytaxtı Tehranda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:30-da) ölkənin yeni seçilmiş prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi keçiriləcək.

Mərasimdə bir çox ölkələrdən rəsmi qonaqların iştirakı gözlənilir. Belə ki, 73 ölkədən 115 nümayəndə inauqurasiyada iştirak edəcəyini bildirib. Yeni dövlət başçısının andiçməsinə 10 dövlət başçısı, 20 ölkənin parlament sədri, 11 ölkənin xarici işlər naziri, 10 ölkəni təmsil edən digər nazirlər, eləcə də başqa yüksək vəzifəli şəxslər qatılacaq.

İbrahim Rəisi 8-ci prezident kimi avqustun 3-də Tehranda İmam Xomeyni məscidində and içib. Mərasimdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif və digər şəxslər iştirak ediblər.

İstinadlar Report