Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Görüşün Bakı vaxtı ilə saat 17:30-da Türkiyənin Rizə şəhərində keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə Prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk olaraq İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələrinin eniş edəcəyi gözlənilir.