Bu gün də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriləcək.

Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı iyunun 13-də də etiraz aksiyasını davam etdirəcək.

Qeyd edək ki, dünənki aksiyada etirazçılarla polis arasında toqquşma baş verib. Nəticədə DİN-in mətbuat xidməti 86 nəfərin saxlanıldığını bildirib.

İstinadlar Qafqazinfo