Bəzi çaylarda sululuq artıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 3 sm artım qeydə alınıb.