Bu gün Qətərin paytaxtı Dohada ABŞ-la İran arasında birbaşa olmayan görüş keçiriləcək.
Bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Dövlət Departamentindən bildirilib ki, İran nüvə paktı çərçivəsində əlavə tələbləri qəbul edib-etməməsi barədə qərara gəlməlidir.
İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kani Dohaya səfər edib. ABŞ-ı danışıqlarda İran üzrə xüsusi nümayəndə Robert Malli təmsil edəcək.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib ki, Baqer Kani danışıqlarla bağlı iyunun 28- və 29-da Dohada səfərdə olacaq.
Məlumata görə, tərəflər Avropa İttifaqının nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının nüvə məsələləri üzrə koordinatoru Enrike Mora vasitəsilə əlaqə saxlayacaq.

