Bu gün Azərbaycanda 14 830 doz vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 9981 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 4849 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 352 210 doz vaksin vurulub. Bunlardan 899 213-ü birinci mərhələ, 452 997-si isə ikinci mərhələ vaksinasiyadır.

İstinadlar Qafqazinfo