Gecə Xətai rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.

Yanğın “Neapol” dairəsi, Neapol küçəsi 16 ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli yaşayış binasının damında baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayonu üzrə yanğınsöndürmə briqadaları və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Bina sakinləri təxliyə edilib. Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

İkibloklu binanın mansard hissəsi təxminən, 180-200 kv/m ərazidə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov deyib ki, 18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardı təxminən, 20 kv/m, 2 mənzilin isə həm mansard, həm də daxilində olan yanar konstruksiyaları, 60 kv/m sahədə yanıb:

“Eyni zamanda, binanın birinci mərtəbəsindən on səkkizinci mərtəbəsinə qədər şaxta hissəsindən keçən naqillər təxminən, 60 p/m sahədə yanıb. Əraziyə 2-ci dərəcəli çağırış elan edilib. Bakı qarnizonunun 15 yanğınsöndürmə avtomobili və 64 nəfər briqada heyəti cəlb edilib. Bina sakinləri təxliyə edilib, mənzil və mansardlarda olan yanar konstruksiyalar sökülərək yanğının qarşısı alınıb”.

Oxumağa dəyər:   Gürcüstanda 2 nəfərdə "donuz qripi" tapıldı - Biri uşaqdır

Ə.Novruzov bildirib ki, yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə keçməsi olub:

“Mansardda olan 6 mənzildən 5-i xeyli zərər görüb, həmin mənzillərdə yaşayanlar arasında xəsarət alanlar var və onlara əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilkin tibbi yardım göstərib. Yanğın zamanı FHN-in əməkdaşlarından xəsarət alan olmayıb. Ümumilikdə isə hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəsarət alıb. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, digər zərərçəkənlər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib”.

Hadisə zamanı xəsarət alanların siyahısı:

1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı;

Onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı;

32 yaşlı Əliyev Zaur Arzuman oğlu;

Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı;

Onların övladları: 2013-cü il təvəllüdlü Əliyeva Ayan Zaur qızı; 2016-cı il təvəllüdlü Əliyeva Aliyə Zaur qızı; 2018-ci il təvəllüdlü Əliyev Asim Zaur oğlu;

Oxumağa dəyər:   Rusiyada keçmiş xanımını bıçaqlayan azərbaycanlı həbs edildi

33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı;

Onun övladları: 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu; 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı.

Fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik:

Bakıda binada güclü yanğın: Hadisə yerindən -

İstinadlar Y/sabah