
“Ermənistanın KTMT-dən çıxmaqla bağlı bəyanatları onun suveren seçimidir”.
Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlaması zamanı bildirib.
“Bu, onun suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir”, – deyə Rusiya XİN rəhbəri bildirib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan hakimiyyəti ərazilərində KTMT təlimləri keçirməkdən imtina etdiyini vurğulayıb. Sentyabrda isə İrəvanın KTMT-dəki daimi nümayəndəsi geri çağırılıb. Elə həmin ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, KTMT ölkəsinin xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmir.