“Prokurorluq orqanlarında qulluq keçmə” haqda qanuna dəyişikliklər edilməsi təklif edilir.

Qanuna 5.4-1 –ci maddə əlavə olunur. Həmin maddəyə əsasən, prokurorluğa qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisar dərəcəsinin rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində stajorluq və sınaq müddətləri müəyyən edilmir.

Qeyd edək ki, layihəyə parlamentin iyunun 25-də keçiriləcək iclasında baxılacaq.

İstinadlar Qafqazinfo