Amerikanın “Novavax” dərman şirkəti ixtira etdiyi vaksinin koronavirusun meymunlar arasında yayılmasının qarşısını aldığını açıqlayıb.

Firma hazırda vaksinin insanlarda eyni təsirə sahib olub-olmayacağını araşdırır. 

Bildirilib ki, vaksin meymunlara 3 həftə fasilə ilə 2 doza vurulub. Araşdırma zamanı məlum olub ki, virus meymunlarda yoxa çıxıb və heyvanlara hər hansı bir mənfi təsir etməyib. 

“Novavax”ın vaksinindən İngiltərədə ilkin olaraq 9 min nəfərdə istifadə ediləcək və sonra bu rəqəmlər 15 minə çatdırılacaq.

İstinadlar Qafqazinfo