028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılmasına qərarı verilib.

Bu haqda Analitik Ekspertiza Mərkəzi tərəfindən qərar qəbul olunub.

Belə ki, mərkəz Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, sözügedən 028084 seriya ilə buraxılmış dərman vasitələrinin istifadəyə yararsız olduğunu bildirib. 

İstinadlar Qafqazinfo