Vətən Müharibəsi şəhidləri barədə qeydlər əlyazma ilə dəftərə köçürülüb.

Bu barədə Tural Nəbiyev məlumat paylaşıb.

O bildirib ki, bu dəftərdə 27 sentyabrda başlanan Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın adları, rütbələri, hansı rayon, şəhər, qəsəbə və kəndə yola salınması qeyd edilib:

“Bu, bir məsciddən, bir bölgədən 1800-dən artıq şəhid yola salmış, hansı gün, hansı təcili tibbi yardım maşını ilə və kim aparıb deyə qeydlər edən Axund Nərimanın qeydləri olan dəftərdir”.


İstinadlar Qafqazinfo