Kanadada polis iti cinayətkarı izləyən zaman tapançadan atəş açıb.

Bu barədə CTV News məlumat yayıb.

İnsident Kalqari şəhəri yaxınlığında baş verib. Polis hücum baş verən mağazaya çağırışa gəlib. İki şübhəli hadisə yerindən qaçıb. Bu zaman polis iti şübhəlilərin izi ilə gedib. Dördayaqlı qanun keşikçisi kolluğa girib, bir qədər sonra oradan atəş səsi eşidilib.

“Polis it kolların içində tapança aşkar edib. Tapançanı götürmək istəyən zaman atəş açılıb”,-deyə polisin yaydığı məlumatda bildirilir.

Hadisə zamanı heç kim xəsarət almayıb.

İstinadlar Qafqazinfo