
YAP-ın namizədlər siyahsında iki keçmiş deputatının övladlarının adları var.
Onlardan bri 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd göstərilən Süleymanlı Mahir Tahir oğludur. O, eks-deputat Tahir Süleymanovun oğludur. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.
Hakim partiya 20 saylı Nərimanov ikinci seçki dairəsindən isə Vəliyev Samir Əhməd oğlunu namizəd göstərib. S.Vəliev Odlar Yurdu Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğludur.
Bundan başqa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Lent-az-a açıqlamasında səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib: “Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım” .
Partiya sədri qızı Günay Ağamalının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub: “Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.