Ermənistan tərəfi yenə də yalan məlumatlar yaymaqla məşğuldur.

Erməni mətbuatında guya Azərbaycan ordusunun şəhərə hücum etməsi ilə bağlı yazılar tirajlanır.

Onlar bu dəfəki yalanlarını köhnə maşınları şəhərdə park edərək uydurublar. 

Lakin ətrafdakı mənzərə onların yalanlarını asanlıqla ifşa etməyə imkan verib. Belə ki, fotolardan da görünür ki, obyektlərdəki şüşələr sınmayıb. Əslində isə “hücum” olduğu halda qəlpələrin zərbə dalğasından şüşələr sınmalı idi.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ötən gündən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.


İstinadlar Qafqazinfo