“Bu il biologiya, kimya, fizika, coğrafiya, informatika müəllimləri sertifikatlaşmaya cəlb olunacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərinin müəllimləri sertifikasiyadan keçiriləcək.

2027-ci ildə bütün fənn müəllimləri üçün birinci raundda sertifikatlaşdırma prosesi bitəcək.