2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində İyulun 29-da müəllimlərin işə qəbulu müsabiqəsində ingilis dili, rus dili və musiqi fənləri üzrə imtahanlar keçirilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanlara ümumilikdə 3 min 290 namizəd dəvət olunub. Musiqi fənni üzrə ən yüksək balı – 59 Gülay Həsənli, Rus dili fənni üzrə isə Təranə Məhərrəmova, Ləman Abbaszadə, Kəmalə Əmiraslanova – 55 bal toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.




İstinadlar Qafqazinfo