“Mərkəzi Seçki Komissiyası daxil olan 4 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib”.

Bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.

Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Aras Şahverdiyev, 69 saylı Biləsuvar seçki dairəsindən namizəd Nurlan Mirəli, 31 saylı Suraxanı seçki dairəsindən Mahmud Mahmudov, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizəd Fəxrəddin Mehdiyev seçki məntəqələrində qayda pozuntularına yol verilməsi ilə bağlı MSK-ya şikayət ərizəsi göndərib.

Qeyd edək ki, qərarlar səsverməyə qoyularaq qəbul olunub.

Daxilqızı

İstinadlar Qafqazinfo