Fransada bir qadın ölkə Prezidenti Emmanuel Makron haqqında feysbukda yazdığı paylaşımda “hər gün 13:00-da bu murdarı görmək məcburiyyətindəyik” dediyi üçün həbs oluna da bilər.

O, iyunda keçiriləcək məhkəmədə təqsirli bilinərsə, həmçinin 12 min avro cərimələnə bilər.

50 yaşlarında olan qadın 2018-2019-cu illərdə Makronu ilk mandatı zamanı sarsıdan “Sarı jiletlilər” etirazlarının tərəfdarı olub.

Prokuror bildirib ki, o, “respublika prezidentini təhqir etməkdə” ittiham olunur və iyunun 20-də mühakimə olunacaq.

İstinadlar Qafqazinfo