
“Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalansa, təkcə iki ölkəyə deyil, bütün regiona müsbət təsir göstərəcək”.
Bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
H. Fidan Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarıldığını və Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu da bildirib.