2022-ci ilin son “KOB Fest” sərgi-satış yarmarkası 14-15 oktyabr tarixlərində Bakı Bulvarı ərazisində təşkil olunacaq.

Agentlik Bakıda və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sərgi-satış yarmarkasında iştiraka dəvət edib.

“Yarmarkada KOB subyektlərinin istehsal etdiyi qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

Bu ilin aprel ayından start götürən və ölkənin bir sıra şəhər və rayonlarında təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir”, – deyə məlumatda qeyd olunub.

İstinadlar Report