Monako “5G” rabitə şəbəkəsi ilə tam əhatə edilmiş ilk Avropa dövlətidir. Həmçinin Monako Avropada ilk dəfə “5G” şəbəkəsinin infrastruktur nüvəsi üçün “Huawei” avadanlığından istifadə edib.

Sözügedən şəbəkənin istifadəyə verilməsi ABŞ-ın Çinin “Huawei” şirkətinə qarşı sərt sanksiyalar tətbiqi və digər ölkələrin yeni nəsil şəbəkələrinin işə salınması vaxtı Çin avadanlığından imtina etməyə səsləməsi ilə eyni vaxta düşür.

“Monaco Telecom” operatoru “Huawei” şirkəti ilə razılaşmanı hələ sentyabrda imzalamışdı. Böyük Britaniya, həmçinin “Huawei”nin avadanlığından istifadəyə hazırlaşır. Almaniya hökuməti hələ qəti qərara gələ bilməyib.

İstinadlar ict news