“İki gün ərzində keçirilən imtahanlarda 40 mindən çox yaxın abituriyent iştirak edib. İmtahanlar 17 rayonda 187 imtahan binasında təşkil edilib. İmtahanlar zamanı rast gəlinən problemləri iki istiqamətə ayırmaq olar”.

Bunu DİM-in təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov səsləndirib.

O bildirib ki, buraxılış rejimi zamanı və imtahan prosesində olan problemlərdir:

“Buraxılış rejimində abituriyentlərin təqdim etdikləri sənədlərdə çatışmazlıqlar olur. İki gün ərzində imtahan binasına mobil telefon gətirmiş 13 nəfər müəyyən olundu.

Onların imtahan nəticələri ləğv edildi. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq”.