Meksika və Polşada “Pfizer” koronavirus peyvəndinin saxta versiyaları aşkarlanıb.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.

Meksikadakı klinikaların birində dozası 1000 dollardan olmaqla 80 nəfərə saxta peyvənd vurulub. Aşkarlanan peyvənd flakonlarının saxta qablaşdırmada olduğu müəyyənləşdirilib.

Polşada aşkarlanan saxta peyvənd flakonlarında isə qırışa qarşı bir maddənin olduğu ehtimal olunur. Polşa səlahiyyətliləri ölkədə heç kimin saxta peyvənd almadığını bildirib.

“Wall Street Journal” flakonların Polşa və Meksikadakı səlahiyyətlilər tərəfindən araşdırmalar zamanı ələ keçirildiyini açıqlayıb. Öz növbəsində, “Pfizer” şirkəti də peyvəndlərin saxta olduğunu təsdiqləyib.

İstinadlar Qafqazinfo